A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Qazaxıstanın Xarici İşlər Naziri və Mərkəzi Seçki Komissiyasının Sədri TÜRKPA müşahidəçilərini qəbul etmişdir - Turk-PA.org
Sunday, 09 August 2020, 00:40:01 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qazaxıstanın Xarici İşlər Naziri və Mərkəzi Seçki Komissiyasının Sədri TÜRKPA müşahidəçilərini qəbul etmişdir

28.04.2015 16:00
24 aprel 2015-ci il tarixində TÜRKPA müşahidəçilər missiyası Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Erlan İdrisovla görüşmüşdür. Görüş zamanı missiyanın rəhbəri, Milli Məclisin deputatı Ç. Qənizadə tərəfindən TÜRKPA-nın seçki müşahidəsinin əsas istiqamət və prinsipləri barədə məlumat verilmişdir. Öz növbəsində, nazir növbədənkənar prezident seçkilərinə hazırlıq işləri ilə bağlı nümayəndə heyətini məlumatlandırmış və beynəlxalq müşahidəçilər üçün bütün lazımi şəraitin yaradılmasını xüsusi olaraq qeyd etmişdir.

Həmçinin TÜRKPA müşahidəçilərinin Mərkəzi Seçki Komissiyanın sədri Kuanduk Turqankulovla görüşü də keçirilmişdir. Sədr seçki qanunvericiliyinin təkmilləşdirildiyi və Komissiyanın fəaliyyət istiqamətləri barəsində söhbət açmışdır. Müşahidəçilər Qazaxıstanın seçki qanunvericiliyinin inkişaf etdiyini vurğulamış, üzv ölkələrin hüquq və qanunvericilik sahəsində əməkdaşlığı haqqında məlumat vermişdir.