Tuesday, 23 January 2018, 16:04:26 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Altınbek Mamayusupov TÜRKPA-nın yeni Baş katibi seçilib

TürkPA-nın VII Plenar İclasının iştirakçıları TÜRKPA baş katibi və baş katibin müavinləri vəzifəsinə namizədləri təsdiqləmişdir. TÜRKPA-nın Baş katibi vəzifəsinə Qırğızıstan Respublikası Joqorku Keneşinin nümayəndəsi Altınbek Mamayusupov seçilmişdir. Eyni zamanda Fuad Ələkbərov (Azərbaycan), Naurız Aydarov (Qazaxıstan) və Ali Yıldız (Türkiyə) Baş katibin müavinləri vəzifəsinə seçilmiş, komissiyaların sədr və sədr müavinlərinin namizədliyi də təsdiq edilmişdir.