Saturday, 25 November 2017, 15:34:53 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA heyәt üzvlәri tәcrübә proqramında iştirak etmişdir

24--26 oktyabr tarixlərində, Aynur Abutalıbova, Azər Məmmədov və Suzanna Kazımovadan ibarət TürkPA heyət üzvləri təcrübə məqsədilə Qazaxıstan Respublikası Parlament Məclisinə və Türk Şurasına səfər etmişdir.

Səfər iş təcrübəsinin artırılması, Məclisin və Türk Şurasının işi və strukturu ilə tanış olmağa yönəlmişdir. İştirakçılar səmimi qonaqpərvərliklə qarşılanmışdır.

İlk gün, heyət üzvləri Qazaxıstan Respublikası Parlament Məclisini ziyarət etmiş və müvafiq Məclis heyəti ilə birbaşa ünsiyyətdə olmaq imkanı əldə etmişdir. Astanada təcrübə proqramı Qazaxıstan Respublikası İlk Prezidenti (Elbaşı) Kitabxanası və Qazaxıstan Respublikası Milli Muzeyinin gəzintisi ilə başa çatmışdır.

Türk Şurasına səfər söhbət və təqdimatlar əsasında qurulmuş, heyətlə tanışlıq və binanın gəzintisi ilə başa çatmışdır.