Tuesday, 19 December 2017, 00:05:36 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Qırğızıstanın dağlıq әrazisi - Narın

Qırğızıstan Respublikasının Narın regionu ölkə ərazisinin 1/4-ni təşkil etməklə Pamir Ala-too dağ silsiləsinin yüksək ərazilərində yerləşir.

Region zəngin su və hidroenerji resurslarına, eləcə də dəmir filizi və kömür yataqlarına malikdir. Ərazidə yaxşı inkişaf etmiş heyvandarlıq hesabına paytaxt və qonşu ərazilər ət və süd məhsulları ilə təmin edilir.

Narın regionunda 15-ci əsrdə böyük dağ daşlarından 3500 m hündürlükdə tikilmiş Böyük Çin Səddinin unikal memarlıq abidəsi olan Taş Rabat karvansarayı yerləşir.

19-20 sentyabr 2017-ci il tarixində Baş katib Jandos Asanov, Baş katibin müavini Altınbek Mamayusupov və Komissiya katibi Kanatbek Kurmanbekovdan ibarət TürkPA nümayəndə heyəti Narın regionuna səfər etmişdir. Nümayəndə heyəti Qırğızıstan hökumətinin regiondakı səlahiyyətli nümayəndəsi qubernator cənab Amanbay Kayıpov, Narın şəhərinin meri cənab Emilbek Alimkulov ilə görüşmüşdür. TürkPA Baş katibi Jandos Asanov TürkPA-nın məqsəd və vəzifələri, eləcə də cari fəaliyyəti haqqında qısa olaraq məlumat vermişdir. Tərəflər birgə əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.

TürkPA nümayəndə heyəti Taş Rabat tarixi kompleksi və Narın musiqi məktəbini də ziyarət etmişdir.