Sunday, 22 October 2017, 10:29:08 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Qazaxıstanın Xarici İşlәr Naziri TürkPA Baş katibi ilә görüşmüşdür

7 sentyabr 2017-ci il tarixində Qazaxıstanın Xarici İşlər Naziri Kayrat Abdraxmanov Türkdilli ölkələrin Parlament Assambleyasının Baş katibi Jandos Asanovla görüş keçirmişdir. Baş katib təşkilatın cari fəaliyyəti və gələcək planlar haqqında məlumat vermişdir. Xüsusilə o, TürkPA nümayəndələrinin iştirakı ilə baş tutan beynəlxalq tədbirlər və növbəti Plenar Sessiyaya gedən hazırlıqlar haqqında danışmışdır.

Nazir öz növbəsində TürkPA-nın Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələrin inkişafına olan tövhələrini yüksək qiymətləndirdiyini bildirmişdir. Bununla əlaqədar o, TürkPA Baş katibinə cari ilin iyun ayında Qazaxıstan Respublikası Parlamenti Senatına keçirilən seçkilərdə Assambleyanın Beynəlxalq müşahidəçi olaraq fəal iştirakına görə təşəkkür etmişdir.

Sonra K. Abdraxmanov TürkPA Baş katibinə “Qazaxıstan Respublikasının Diplomatik Xidmətinin 25 illiyi ilə əlaqədar” xatirə medalını təqdim etmişdir.

TürkPA 2008-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis edilmişdir və hal-hazırda Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan təşkilatın üzvləridir. Təşkilatın əsas vəzifəsi türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığı inkişaf etdirməkdir. Assambleyanın qərargahı Bakıda yerləşir.