Thursday, 21 September 2017, 10:57:41 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
EXPO – 2017 bağlı elan edildi
null

ASTANA. KAZINFORM.

Kazinform agentliyinin məlumatına görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, EXPO-2017-nin sona çatması bir sıra yeni geniş miqyaslı layihələrin başlanğıcı deməkdir.

Astanada baş tutan sərginin bağlanış mərasimində çıxış edən dövlət başçısı sərgidən sonra məkanda həyata keçiriləcək layihələr haqqında danışmışdır.

Sərginin mövzusunu əks etdirən “Nur Alem” və bir sıra digər pavilyonlar EXPO-nun irsi olaraq saxlanılacaqdır. Sərginin başa çatması bir sıra geniş miqyaslı layihələrin başlanğıcı olacaqdır. “İlk növbədə bu Astana Beynəlxalq Maliyyə Mərkəzidir. Mərkəz maliyyə, investisiyaların cəlb edilməsi mərkəzi olmalı və beynəlxalq maliyyə sistemində layiqli yer tutmalıdır”-deyə Qazaxıstan prezidenti qeyd etmişdir.

Eləcə də dövlət başçısı “yaşıl” texnologiyaların və investisiyaların inkişaf etdirilməsinə dair beynəlxalq mərkəzin və beynəlxalq yüksək texnologiyalar parkının layihələri üzərində dayanmışdır.

"Beləliklə EXPO sərgi kompleksi yenilikçi və davamlı inkişaf vəzifələrini yerinə yetirməyə davam edəcəkdir və mən hər kəsi yeni mərkəzlərin işində fəal əməkdaşlığa çağırıram” deyə Nursultan Nazarbayev bildirmişdir.

Çıxışın sonunda Prezident Qazaxıstanın paytaxtında keçirilən tədbirin təşkilində iştirak edən və tədbiri ziyarət edən hər kəsə təşəkkür etmişdir. “Bununla da mən Beynəlxalq EXPO-2017 ixtisaslaşmış sərgisini bağlı elan edirəm! Sərginin təşkil edilməsi ideyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə isə Qazaxıstan xalqına öz təşəkkürümü bildirirəm. Minlərlə insan sərginin uğurla təşkil edilməsində fəal iştirak etmişdir və mən hər kəsə Qazax yurdu üçün böyük əhəmiyyət kəsb edən tədbirdə iştirakına görə minnətdaram!” deyə Prezident çıxışını bitirmişdir.