Friday, 18 August 2017, 16:30:26 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA Baş katibinə Qazaxıstanın Xarici Xidmət Medalı təqdim edilmişdir

Qazaxıstan Respublikası diplomatik xidmətinin 25-ci ildönümü münasibəti ilə ölkənin Xarici İşlər Naziri Kayrat Abdraxmanov TürkPA Baş katibi Jandos Asanovu Qazaxıstan Respublikası Diplomatik Xidmətinin 25-ci İldönümü («Қазақстан Республикасының дипломатиялық қызметіне 25 жыл» естелік медалі) xatirə medalı, eləcə də Nazirin Fəxri Fərmanı ilə təltif etmişdir.

Cənab Jandos Asanov 13 sentyabr, 1993-cü ildən Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamış, Qazaxıstanın xaricdəki müxtəlif diplomatik missiyalarında xidmət etmiş, CICA və ATƏT kimi təşkilatlarda yüksək vəzifələrdə çalışmışdır. Həmçinin o, Qazaxıstan Prezident Administrasiyası, Qazaxıstan Baş Nazirinin İdarəsi və ölkə Parlamentində iş təcrübəsinə malikdir.