Tuesday, 24 October 2017, 15:26:50 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA: Qazaxıstan Senatına seçkilər ədalətli keçirilmişdir

TürkPA beynəlxalq müşahidəçi missiyası 28 iyun 2017-ci il tarixində ilk dəfə olaraq Astanada keçirilən Qazaxıstan Respublikası Parlamenti Senatına (yuxarı palata) keçirilən seçkiləri müşahidə etmişdir.

Müşahidəçi missiyası Azərbaycan Respublikası Milli Məclisinin üzvü Sədaqət Vəliyeva, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Torobay Zulpukarov, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Mustafa İsen və TürkPA Katibliyinin nümayəndələrindən ibarət olmuşdur.

TürkPA müşahidəçiləri Mərkəzi Seçki Komissiyasının Sədri cənab Berik İmaşev, Qazaxıstan Parlamentinin, Xarici İşlər Nazirliyi, Astana bələdiyyəsinin yüksək vəzifəli rəsmiləri, eləcə də MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müşahidəçi missiyalarının nümayəndələri ilə görüşmüşdür.

İyunun 29-da keçirilən mətbuat konfransında TürkPA müşahidəçi qrupu Qazaxıstan Respublikası Parlamenti Senatına keçirilən seçkilərin Qazaxıstan milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirildiyini bildirmişdir.