Sunday, 22 October 2017, 10:37:30 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Astana EXPO 2017, Astana Iqtisadi Forumu

15-16 iyun 2017-ci il tarixində Astanada alternativ və bərpaolunan enerjinin inkişafına həsr edilmiş Astana EXPO 2017 beynəlxalq sərgisi çərçivəsində 10-cu Astana İqtisadi Forumu keçirilmişdir.

EXPO 2017 nin Konqres Mərkəzində keçirilən İqtisadi Forumun Plenar İclasında çıxış edən Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayev demişdir: “EXPO 2017 təsviri layihədir, buradakı bütün sərgilər Qazaxıstanın inkişafına xidmət edən yeniliklər gətirəcəkdir”.

“Biz böyük bir yer inşa etmişik, hansı ki, ilk təməl daşını mən üç il bundan öncə - 2014-cü ildə qoydum, biz 200 hektarlıq sahədə nəhəng binalar tikmişik və bütün bunlar Qazaxıstanın gələcəyinə xidmət edəcək” deyə Prezident Nazarbayev davam etmişdir. “Biz artıq Beynəlxalq Astana Maliyyə Mərkəzinin və müvafiq bina və infrastrukturların təsis edilməsi ilə bağlı bu andan etibarən qərar qəbul etmişik. Və burada “yaşıl” iqtisadiyyat, “yaşıl” texnologiyalar cəmləşmişdir; bu yer bütün bu məlumatların paylanmasında bir mərkəz olacaqdır”.

TürkPA Baş katibi J. Asanov EXPO 2017, eləcə də Astana İqisadi Forumunda iştirak etmişdir.