Tuesday, 24 October 2017, 06:03:16 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA Baş katibi Qırğızıstan Respublikası Jogorku Keneşinin Sədri ilə görüşmüşdür

31 may 2017-ci il tarixində Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Çınıbay Tursunbekov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Jandos Asanovu qəbul etmişdir.

Türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində TürkPA-nın müstəsna rolunu qeyd edən Sədr, bu ilin onun fəaliyyətində xüsusilə əhəmiyyətli olacağını vurğulamışdır.

Cənab Sədr Qırğızıstan Respublikası Joqorku Keneşinin 2017-ci ilin ikinci yarısında Bişkekdə keçiriləcək TürkPA-nın 7-ci Plenar İclası zamanı sədrliyin Qazaxıstan tərəfindən təhvil alınması üçün hazır olduğunu ifadə etmişdir. Çınıbay Tursunbekov Assambleya çərçivəsində TürkPA üzv ölkələri arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərən əməkdaşlığın daha da dərinləşməsinə ehtiyac olduğunu vurğulamışdır.

Tərəflər həmçinin TürkPA-nın 7-ci Plenar İclasının gündəliyi, eləcə də iclasa hazırlıqlarla bağlı məsələləri ətraflı müzakirə etmişdir.