Sunday, 18 February 2018, 23:48:37 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Azәrbaycan Yazıçılar Birliyinin Sәdri Baş katib ilә görüşmüşdür

26 yanvar, 2018-ci ildə Baş katib Altınbek Mamayusupov Azәrbaycan Yazıçılar Birliyinin Sәdri, məşhur yazıçı, dramaturq və rejissor Anar Rzayev ilə görüş keçirmişdir.

Cənab Mamayusupov TÜRKPA-nın gələcək layihələri haqqında Anar Rzayev ilə söhbət etmiş və Qırğızıstan, eləcə də Türk dünyasının böyük yazıçı və mütəfəkkiri Çingiz Aytmatovun 90-cı ildönümünə həsr edilmiş tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparmışdır.

Həmçinin hər iki tərəf gələcəkdə mümkün birgə təşəbbüslər haqqında danışmışdır.