Sunday, 18 February 2018, 23:50:42 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Azәrbaycanda Ümumxalq Hüzn Günü qeyd olunur

Azərbaycanda 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədər rəsmi anım mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib və şəhidlərin xatirəsinə ehtiramını bildirib. Eyni zamanda Azərbaycanın hökumət rəsmiləri, millət vəkilləri və diplomatik korpusun nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etmişlər.

TÜRKPA Baş katibi Altınbek Mamayusupov həmçinin anım mərasimində iştirak etmiş və həlak olanların xatirəsini yad etmişdir.