Saturday, 20 January 2018, 17:13:22 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Milli Mәclis Sәdri TÜRKPA Baş katibini qәbul etmişdir

21 dekabr, 2017-ci il tarixində Azərbaycan Respublikası Parlamenti (Milli Məclis) Sədri cənab Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) yeni seçilmiş Baş katibi cənab Altınbek Mamayusupovu qəbul etmişdir.

Tərəflər Assambleyanın cari və gələcək fəaliyyətləri, TÜRKPA üzv ölkələri arasında əməkdaşlığın gələcək genişlənməsini müzakirə etmişdir.

Cənab Mamayusupov Milli Məclis Sədrinə TÜRKPA Katibliyinə göstərilən qonaqpərvərliyə görə təşəkkür etmişdir. Milli Məclis Sədri Baş katibə gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.