Saturday, 20 January 2018, 17:10:00 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Joqorku Keneş Sәdri Özbәkistana sәfәr etmişdir

21 dekabr, 2017-ci ildə Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri və TÜRKPA-nın Fəaliyyətdə olan Sədri cənab Dastanbek Jumabekovun başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistan Respublikası Oliy Məclisi Senatının Sədri cənab Niqmatulla Yuldaşevin dəvəti ilə Özbəkistana rəsmi səfər etmişdir.

Səfər çərçivəsində Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri Özbəkistan Respublikası Prezidenti cənab Şavkat Mirziyoyev ilə görüşmüşdür.

Görüş zamanı Prezident parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi ehtiyacını vurğulamışdır. "Qırğızıstan və Özbəkistan parlamentləri iki ölkə arasında dost münasibətlərin inkişafında vasitəçi və körpü olacaqdır", - o qeyd etmişdir. Öz növbəsində, cənab Jumabekov dəvətə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə etmişdir.

Joqorku Keneşin nümayəndə heyəti Özbəkistan Respublikası Oliy Məclisi Qanunvericilik Palatasının fəaliyyətləri ilə tanış olmuşdur. Görüş zamanı Oliy Məclisin Qanunvericilik Palatasının Sədri cənab Nurdinjon İsmoilov Torağanı komitələrin vəzifələri və Özbəkistan Hökuməti ilə Parlament arasında qarşılıqlı fəaliyyət mexanizmləri daxil olmaqla, Özbəkistan Parlamentinin qeyd olunan palatasının fəaliyyəti ilə bağlı məlumatlandırmışdır. O, həmçinin Özbəkistan tərəfinin Qırğızıstan Parlamenti ilə əməkdaşlığa hazır olduğunu ifadə etmiş və 8 dekabr, 2017-ci ildə TÜRKPA-nın Bişkekdə keçirilmiş Yeddinci Plenar İclasında qonaq qismində iştirak etməyə dəvət edildikləri üçün təşəkkür etmişdir.

TÜRKPA-nın 7-ci Plenar İclasında Özbəkistan parlament nümayəndə heyətinə Özbəkistan Respublikası Oliy Məclisi Qanunvericilik Palatasının Sədr müavini cənab Nariman Umarov rəhbərlik etmişdir.