Thursday, 21 September 2017, 10:55:18 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Türkiyədə Demokratiya və Milli Həmrəylik günü
15.07.2017

Türkiyədə 15 iyul 2016-cı ildə demokratik yolla seçilən hökumət və onun liderini devirmək məqsədilə baş verən dövlət çevrilişinə cəhddən bir il ötür. 15 iyul Türk millətinin öz müstəqilliyini qorumaq yolunda birlik və həmrəylik göstərdiyi bir gündür.

Bu dəhşətli hadisələr əsnasında qurucu parlamentlərimizdən olan Türkiyə Böyük Millət Məclisi və millət vəkillərinə qarşı hücüm baş vermiş, çox sayda günahsız vətəndaş həlak və əlil olmuşdur.

TürkPA konstitusiyaya zidd olan hər hansı hərəkəti qınayır və 15 iyul demokratiya və milli həmrəylik günündə qardaş türk xalqının yanında olduğunu bildirir.