Saturday, 25 November 2017, 08:00:29 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA Baş katibinin müavinləri Krans Montana Forumunun 28-ci İllik Sessiyasında iştirak etmişdir
08.07.2017

TürkPA Baş katibinin müavinləri Kürşad Melih Sarıarslan və Altınbek Mamayusupov Krans Montana Forumunun 5-8 iyul 2017-ci il tarixlərində Barselona şəhərində keçirilən 28-ci İllik Sessiyasında iştirak etmişdir.

Plenar Sessiya ümumi olaraq “Sabah üçün dünya” mövzulu iki beynəlxalq konfransla davam etmişdir. Konfransda Aralıq dənizi ölkələri, Afrika, Orta Şərq, İpək yolu ölkələri və digər ölkələrdən olan rəsmilər və mütəxəssislər dünyada sülh və stabilliyin qorunmasında yeni metod kimi idman və onun tövhələri ilə bağlı məsələləri müzakirə etmişdir.

TürkPA Baş katibinin müavini Altınbek Mamayusupov İpək Yolu əməkdaşlığına həsr edilən ikinci konfransda Türkdilli ölkələrin əlaqələri və “Bir kəmər, bir yol” çərçivəsində gələcək əməkdaşlıq potensialına dair çıxış etmişdir.

Tədbir çərçivəsində Baş katibin müavinləri Krans Montana Forumunun Prezidenti Pyer-Emanuel Kirin, TRASEKA-nın Baş katibi Mirsea Siopraqa, Azərbaycan Milli Məclisnin üzvü Qənirə Paşayeva, Rumıniya Xarici İşlər Nazirliyinin ikitərəfli və qlobal məsələlər üzrə Dövlət Katibi Monika Georgita, Türk Keneşinin nümayəndələri, eləcə də digər iştirakçılarla danışmışdır.

TürkPA-nın Krans Montana ilə əlaqələri 2016-cı ildə Baş katib Jandos Asanov və Forumun Prezidenti Pyer-Emanuel Kirinin imzaladığı Anlaşma Memorandumu çərçivəsində inkişaf edir.