Wednesday, 23 August 2017, 19:43:08 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Konfranslar
“TürkPA üzv ölkələri son 25 ildə” mövzusunda beynəlxalq konfrans
Konfranslar
24.01.2016
24 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisində Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının “TürkPA üzv ölkələri son 25 ildə” adlı beynəlxalq konfransı keçirilmişdir. Konfransda TürkPA-nın üzv ölkələrinin parlamentariləri, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Bakıdakı səfirləri, eyni zamanda Türk əməkdaşlıq institutlarının və Beynəlxalq Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, Türk Dünyası Memarlar və Mühəndislər Birliyi kimi oxşar qurumların nümayəndələri də iştirak etmişdir.
TÜRKPA Baş Katibi mətbuat konfransı keçirmişdir
Konfranslar
24.04.2015
15 aprel 2015-ci ildə Baş Katib Jandos Asanov Azərbaycan KİV-nin nümayəndələri ilə birgə mətbuat konfransı keçirmişdir. Press konfrans Assambleyanın cari vəzifə və məqsədlərinə, eləcə də TÜRKPA-nın Azərbaycan Sədrliyinin fəaliyyətinə həsr olunmuşdur. Baş Katib Jandos Asanovun çıxışının mətni, həmçinin bəzi sual və cavablar aşağıda göstərilmişdir.
TÜRKPA-nın illik fəaliyyətinə dair mətbuat konfrası
Konfranslar
17.04.2012
2010-cu il dekabrın 23-də Türkdilli Ölkələrin Parlament Assambleyasının illik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrası keçirildi. Konfrasda TÜRKPA-nın baş katibi Ramil Həsənov çıxış edərək iştirakçılara təşkilatın fəaliyyəti haqqında geniş məlumat verdi. TÜRKPA-nın türkdilli ölkələr arasında dostluq körpüsü olduğunu bildirən baş katib Ramil Həsənov qurumun, eyni zamanda, türkdilli ölkələrin parlamentləri ilə beynəlxalq qurumlar arasında da münasibətlərin inkişafı istiqamətində mühüm işlər gördüyünü bildirdi.
"XXI Əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti" adlı beynəlxalq konfrans
Konfranslar
17.04.2012
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyası(TÜRKPA) tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin ev sahibliyində "XXI ƏSRDƏ QADINLARIN ROLU: QADIN SİYASƏTÇİLƏRİN MƏSULİYYƏTİ" adlı Beynəlxalq Konfransın keçirilmişdir. Konfrans "Lider Qadınlar" İctimai Birliyi, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi(TİKA) və "Dialoq Avrasiya" Beynəlxalq təşkilatının Azərbaycan Nümayəndəliyinin əməkdaşlığı ilə həyata keçirilmişdir.
TÜRKPA-nın "Parlament diplomatiyası-TÜRKPA" adlı ilk beynəlxalq konfransı
Konfranslar
04.06.2010
Mayın 24-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA)mənzil-qərargahının açılışı oldu.Açılış mərasimində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov , Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Nevzat Paktil, Qazaxıstan parlamentinin xarici əlaqələr , müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Amzebek Jolşıbekov və digər rəsmi şəxslər iştirak etmişdirlər.Qonaqlar TÜRKPA -nın ofisi ilə tanış olmuş, katibliyin əməkdaşlarına fəaliyyətlərində uğurlar arzuladılar.