Wednesday, 23 August 2017, 19:37:03 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Diplomatik heyət

Baş katib

c-b Jandos Asanov

C-b. Jandos Asanov Assambleyanın 11 iyun 2013-cü il tarixində Ankarada keçirilən dördüncü Plenar Sessiyasında 4 illik müddətə TÜRKPA-nın Baş Katibi seçilmişdir.

Baş katibin müavini

c-b Fuad ƏLƏKBƏROV

Azərbaycan Parlamentinin nümayəndəsi

Cənab F. Ələkbərov 11 iyun 2013-cü ildə Ankarada keçirilmiş TÜRKPA-nın IV Plenar Sessiyasında baş katibin müavini vəzifəsinə seçilmişdir.

Baş katibin müavini

Qırğızıstan Respublikası Joqorku Keneşinin nümayəndəsi

c-b Altınbek Mamayusupov

Cənab A. Mamayusupov 11 iyun 2013-cü ildə Ankarada keçirilmiş TÜRKPA-nın IV Plenar Sessiyasında baş katibin müavini vəzifəsinə seçilmişdir.

Baş katibin müavini

Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi

c-b Kürşad Melih Sarıarslan

Kürşad Melih Sarıarslan

Baş katibin müavini, Türkiyə parlamentinin nümayəndəsi

15 avqust 1977-ci ildə Ankarada anadan olub.

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gazi Universitetinin Sosyal Bilimler İnstitutunda magistr, Mərmərə Universitetində isə doktoranturanı bitirmişdir.

2000-ci ildə Avrasya Strateji Araşdırmalar Mərkəzində assistent, daha sonra Moskva və İstanbul şəhərlərində özəl şirkətdə rəhbər vəzifədə işləmişdir. TÜRKSOY-da şöbə müdiri vəzifəsində və Türkiyə Böyük Millət Məclisində (TBMM) fəaliyyət göstərmişdir.

2009-cu ilin sentyabr ayında Türkiyə Parlamenti tərəfindən TÜRKPA baş katibinin müavini vəzifəsinə namizədliyi təklif olunmuşdur.

2010-cu ildən TÜRKPA baş katibinin müavini vəzifəsində işləyir. İşlədiyi qurumlarda tərcüməçilik, ictimayətlə əlaqələr şöbəsinin müdiri, kadrlar şöbəsinin müdiri və beynəlxalq qrup katibi, jurnal redaktoru və layihə koordinatoru vəzifələrində çalışmışdır.

Rus və ingilis dillərini bilir.

Evlidir, 2 övladı var.