Friday, 19 January 2018, 11:43:24 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Sədr
dj

Zati-aliləri cənab Dastanbek Jumabekov, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri.

2 noyabr 1976-cı ildə Qırğızıstanın Talas regionunun, Kara - Burinsk rayonunun Satkey kəndində doğulmuşdur. 2001-ci ildə Qırğız Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.

2002-ci ildən əmək fəaliyyətinə Türk şirkətinin Qırğızıstandakı nümayəndəliyi “Bayamtaş LTD” –də maliyyə direktoru olaraq başlamışdır. 2005-2007-ci illərdə “KASİ” treyninq Belçika firmasında Baş menecer vəzifəsində işləmişdir. 2007-2009-cu illərdə “YAKAD” MMC –də Baş direktor, 2009- 2010-cu illərdə Qırğızıstan Respublikası Talas regionu üzrə Fövqəladə Hallar Nazirliyinin mexanikləşdirilmiş mobil dəstənin rəhbəri vəzifəsində çalışmışdır. 2010-cu ilin oktyabrında “Ata-Jurt” idealist demokratik siyasi partiyasının siyahısı üzrə Qırğız Respublikasının Joqorku Keneşinin 5-ci çağırış deputatı seçilmişdir.

Qırğızıstan Respublikası Joqorku Keneşinin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvüdür.

2014-cü ilin mayından Qırğızıstan Respublikasının Joqorku Keneşinin “Ata-Jurt” fraksiyasının rəhbərinin müavini vəzifəsində işləmişdır. 2015-ci ilin iyun ayından Qırğızıstan Respublikasının Joqorku Keneşinin “Ata-Jurt” fraksiyasının rəhbəri seçilmişdir. 2015-ci ilin oktyabr ayında “Qırğızıstan” siyasi partiyasının siyahısı üzrə Qırğızıstan Respublikasının Joqorku Keneşinin 6-cı çağırış deputatı seçilmişdir. 25 oktyabr 2017-ci ildə gizli səsvermə yolu ilə Qırğızıstan Respublikasının Joqorku Keneşinin Sədri vəzifəsinə seçilmişdir.

Ailəlidir, 2 övladı var.

Mükafatlar:

2009-cu ildə Qırğızıstan Respublikasının Müdafiə və Texniki Təşkilatları Mərkəzi Şurası tərəfindən idman - texniki təşkilatı müdafiə xidmətlərinə görə medalla təltif edilmişdir.

2009-cu ildə Qara-Buurinsk rayonunun dövlət idarəçiliyi başçısının rayon infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına böyük töhfələr verdiyinə görə fəxri fərmanla təltif edilmişdir.

2014-cü ildə Qırğızıstan Joqorku Keneşinin fəxri fərmanı ilə təltif edilmişdir.

Talas regionunun, Kara - Burinsk rayonunun fəxri vətəndaşı adına layiq görülmüşdür.

Şərq döyüş növləri üzrə idman ustasıdır.