Tuesday, 24 October 2017, 05:59:28 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TÜRKPA-nın 6-cı Plenar Sessiyası, 3-4 Dekabr 2015-cı il
6-cı Plenar İclas
04.12.2015
3-4 dekabr 2015-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin evsahibliyində Məclisin Sədri cənab Kabibulla Jakupovun rəhbərliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 6-cı Plenar İclası keçirilmişdir.
TÜRKPA-nın 5-ci Plenar Sessiyası. 12-13 iyun 2014-cü il
5-ci Plenar İclas
12.06.2014
12-13 iyun 2014-cü il tarixində Bakıda Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun rəhbərliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının 5-ci Plenar İclası keçirilmişdir. Plenar İclasda Qaxaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Kabibulla Jakupov, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Asilbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cemil Çiçek iştirak etmişdir.
TÜRKPA-nın 4-cü Plenar İclası /11-12 iyun 2013-cü il
4-cü Plenar İclas
18.02.2015
11 iyun 2013-cü il tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində TÜRKPA-nın IV Plenar Sessiyası keçirilir.
TÜRKPA-nın III Plenar Sessiyası. Bişkek, 14 - 15 iyun 2012
3-cü Plenar İclas
25.06.2012
14-15 iyun 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın III Assambleya Şurası və Plenar Sessiyası uğurla başa çatmışdır. Sessiyanın işində TÜRKPA-nın üzv ölkələrindən olan Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamentinin sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədri cənab Cemil Çiçekin başçılığı altında nümayəndə heyətləri, eyni zamanda bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
TÜRKPA Baş katibi cənab Ramil Həsənovun çıxışı
3-cü Plenar İclas
25.06.2012
Cənab Sədr! Hörmətli cənab Asilbek Jeenbekov, cənab Oqtay Əsədov, cənab Nurlan Nigmatulin, cənab Cəmil Çiçək! Bildiyiniz kimi, Assambleyanın II plenar sessiyası 2011-ci ildə Astanada keçirilmişdir. TÜRKPA-nın II plenar sessiyası Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuşdur. Astana sessiyasında TÜRKPA-nın beynəlxalq parlament təşkilatı olaraq möhkəmləndirilməsi məqsədi ilə vacib sənədlər qəbul edilmiş, 4 daimi komissiya qurulmuş, sədrlik rəsmən Azərbaycandan Qazaxıstana keçmiş, Astana Bəyannaməsi qəbul olunmuşdur.
TÜRKPA-nın II Plenar Sessiyası. Astana, 27 - 28 aprel 2011
2-ci Plenar İclas
29.05.2012
27-28 aprel 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyası keçirilmişdir. Plenar sessiya Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuşdur.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Ural Muxamedjanovun çıxışı
2-ci Plenar İclas
29.05.2012
Plenar iclasın hörmətli iştirakçıları! Mənşəyinə və dilinə görə bir olan Türklər! Qazaxıstan parlamentarilərinin adından, sizi yeni paytaxtımız olan –Astanada, qonaqpərvər Qazax torpağında salamlayıram. Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Milli Məclisinin, Axmatbek Keldibekovun başçılıq etdiyi Qırğızıstan Respublikasının Joqorku Keneşinin, Mehmet Ali Şahinin başçılıq etdiyi Türkiyə Respublikasının Böyük Millət Məclisinin nümayəndələrini görməyimizdən böyük şərəf hissi duyuruq.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı
2-ci Plenar İclas
29.05.2012
Hörmətli həmkarlar, Əziz dostlar, Xanımlar və cənablar, Əsrlər boyu türk dünyasının mütəfəkkir insanları türk birliyi haqqında düşünsələr də, bu ideyanın həyata keçməsi üçün real şərait yalnız XX əsrin sonlarında yaranmışdır. Sovetlər Birliyinin dağılması, dünyanın siyasi xəritəsinə Türkiyə Cümhuriyyəti ilə yanaşı, 5 yeni türkdilli dövlətin əlavə edilməsi xalqlarımızın tarixi taleyinin öz məcrasına qayıtmasına təkan vermişdir.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı
1-ci Plenar İclas
23.05.2017
Hörmətli həmkarlar! Xanımlar və cənablar! Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasında sizi ürəkdən salamlayıram. İclasda iştirak edən həmkarlarıma səmərəli və uğurlu iş arzulayıram. Ümidvaram ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar ilk addımlarını atan təşkilatımızın səmərəli fəaliyyəti üçün möhkəm təməl yaradacaqdır.
Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mehmet Ali Şahinin çıxışı
1-ci Plenar İclas
23.05.2012
Hörmətli parlament sədrləri, hörmətli parlament üzvləri, baş katiblər, hörmətli qonaqlar. Mən də sizin hamınızı böyük hörmətlə salamlamaq istəyirəm. TürkPA-nın I Plenar İclasında sizinlə birlikdə olmağımdan böyük məmnuniyyət hissi duyuram. İlk öncə ev sahibliyi edən Milli Məclisin Sədri, hörmətli qardaşım cənab Oqtay Əsədova öz minnətdarlığımı bildirirəm. Çünki doğrudan da özümüzü öz evimizdəki kimi hiss edirik və buna görə də cənab sədrə təşəkkürümü bildirmək istərdim.
Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Aytibay Taqayevin çıxışı
1-ci Plenar İclas
23.05.2012
Əziz qardaşlar, hörmətli Sədr, dəyərli millət vəkilləri və qonaqlar! Hər birinizi TürkPA-nın I Plenar İclasının başlaması münasibəti ilə təbrik edirəm. Bu toplantıya qədər görülən işlər bizim bu sahədə təcrübəmizi daha da artırdı. TürkPA tarixi kökləri bir olan, ortaq mədəniyyətə və dilə sahib olan qardaş ölkələrin parlamentarilərini bir yerə toplayaraq əhəmiyyətli beynəlxalq təşkilatın yaradılmasında vacib addım atır. Bu səbəbdən assambleyanın əhəmiyyətli təşkilatlardan biri olacağına heç şübhəmiz yoxdur.